Faydalı saytlar


Reklam



AFFA klublara ödəniş etdi: Proseslər sürətləndiriləcək



AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədilə növbəti dəfə 15 min manat maliyyə vəsaiti köçürüb.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin assosiasiyanın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.

2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən klublara COVID-19 pandemiyası ilə bağlı hər birinə 41 000 manat olmaqla, ümumilikdə 328 000 manat ödənilib.



Facebook-da paylaş