Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sumqayıtda Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş velo-yürüş keçirilib



Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Gənclər Fondunun dəstəyi "Sağlam Düşüncə” Gənclər Təşkilatının, şəhər Gənclər və İdman Baş İdarəsinin və Respublika Olimpiya Velosiped Məktəbinin tərəfdaşlığı ilə baş tutan aksiyada 60-a yaxın gənc pedal çevirib. Yerli əhalinin diqqətini sağlam həyat tərzinin sürdürülməsinə çəkməyi hədəfləmiş velosipedçilər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və 15 km məsafə qət edərək Nəsimi Parkında yürüşü yekunlaşdırıblar. Bununla onlar gənc və yeniyetmələrə səmərəli məşğuliyyət və idmanı təbliğ ediblər.

Velosipedçilərin şəhər turu gənclər təşkilatının Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası – 2 adlı layihəsinin açılış tədbiri olaraq təşkil edilmişdir. Növbəti həftələrdə başlayan layihə çərçivəsində Sumqayıtdan olan gənc multiplayerlər üçün təlim təşkil ediləcək. Belə ki, layihəyə cəlb edilmiş ekspertlər 3 gün ərzindəgənclərə sağlam həyat tərzini aşılayan, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarayiyələnməklərinə yönəlmiş təlim təşkil edəcəklər. Multiplayerlər düzgün rasional qidalanma, tütünün zərərləri, idmanın orqanizmə faydaları, bir çox xəstəliklərin əmələ gəlmə səbəbləri, profilaktika yolları və s. haqqında məlumatlandırılacaqlar.

Layihənin ikinci fəaliyyəti olaraq multiplayerlər - gənc təlimçilərimiz qazandıqları bilik və bacarıqlarla Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrində 1 ay ərzində təlim və seminarlar keçirəcəklər. Məktəblilər arasında sağlam həyat tərzini müzakirə mövzusuna çevirmək və onların bu mövzunu sərbəst şəkildə və dərindən araşdırmalarına təkan vermək üçün məktəblilər arasında sağlam həyat tərzi mövzusunda Debat Natiqlik Turniri təşkil ediləcək.
Layihənin yekununda Sumqayıt Gənclər Evində "Sağlam Həyat Tərzi Forumu” baş tutacaq. Əsas məqsəd gəncləri sağlam həyat tərzinin müxtəlif aspektəri haqqında məlumatlandırmaqdır

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi






Facebook-da paylaş

Xəbəri paylaş