Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Kung-Fu üzrə l Azərbaycan kuboku keçirilib



Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Kung-Fu Fedarasiyası "Cənub" idman klubu və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş peşəkarlar arasında l Azərbaycan kuboku keçirilib.

Yeniyetmə və gənclər arasında keçirilmiş açıq respublika turnirində respublikamızın müxtəlif yerlərindən 20-ə yaxın klubdan 200-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Namiq Zeynalov, hüquq mühafizə orqanlarının rəhbərləri, kung-fu federasiyasının prezidenti, prezident mükafatçısı Nurlan Aslanov, gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, Qarabağ qazisi Maşallah müəllim, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak edib.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Qeyd edək ki, turnirin qalibi "Cənub" idman klubu olmuşdur.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi








Facebook-da paylaş