Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



O, qara kəmərə sahib olmaq iddiasındadır



Həqiqət Ələsgərli 14 may 2011-ci ildə Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 2017-ci il sentyabrın 15-də Maştağa qəsəbəsində yerləşən 255 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunub.

Hələ balaca ikən çevik və cəldliyi ilə seçilən Həqiqətin 6 yaşından idmana marağı olub. O, 2018-ci il may ayında Maştağa taekvondo bölməsinin tanınmış məşqçi-müəllimi, "ALPMAN" taekvondo klubunun baş məşqçisi Zahid Nadirovun taekvondo məşqlərinə qatılıb. Zahid müəllim III dan qara kəmər sahibi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həm bakalavr, həm magistr bölməsinin məzundur.

Məşqlərə başladığı qısa müddət olmasına baxmayaraq Həqiqət bir çox yoldaşlıq görüşlərində iştirak edərək uğur qazanmış, həmçinin "Ümüd kuboku-2" beynəlxalq turnirin bürünc medalçısı olub.

Həqiqət hazırda yaşıl kəmər sahibidir. Gələcəkdə isə qara kəmərə sahib olmaq iddiasındadır. Onun əsas məqsədlərindən biri də məşhur və bacarıqlı taekvondoçu olmaqdır.

Bununla yanaşı Həqiqət dərslərində də fəaldır, dərs əlaçısıdır. Məktəbdə keçirilən müxtəlif tədbirlərdə iştirak edir. Gələcəkdə isə müəllim olmağı düşünür. İngilis dilinə marağı daha çoxdur. O, həm sinif yoldaşlarının, həm də idmançı dostlarının sevimlisidir.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi









Facebook-da paylaş

Xəbəri paylaş