Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Premyer Liqa mükəmməl çempionatdır"



“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə mətbuatına açıqlama verib. İspan mütəxəssis “Liverpul” və Yurgen Kloppla bağlı maraqlı etiraf edib:

“Kitab oxumağı xoşlayıram, amma oxuya bilmirəm. Nə vaxt kitab oxumağa başlasam, “Liverpul” və Yurgen Klopp yadıma düşür, bütün diqqətim yayınır. Yaxşı kitabxanam var. Gec-tez o kitabları oxuyacam.

“Barselona” və “Bavariya”da olduğum dövrlərdən daha yaxşı məşqçiyəm. Premyer Liqa mükəmməl çempionatdır. Artıq bir çox vəziyyətlərdən necə çıxmaq lazım olduğunu öyrənmişəm”.

Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” Premyer Liqada 12 turdan sonra 32 xalla liderdir. “Şəhərlilər”in ən yaxın izləyicisi isə 30 xalı olan “Liverpul”dur.


Facebook-da paylaş

Xəbəri paylaş