Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Lopeteqinin gedişindən sonra bizdə özünəinam yaranıb" - Kurtua

"Lopeteqinin gedişindən sonra bizdə özünəinam yaranıb" -

“Real”ın qolkiperi Tibo Kurtua “kral klubu”na keçidinin səbəbini açıqlayıb. İspaniya mətbuatına danışan belçikalı futbolçu, transferi ilə bağlı bunları deyib:

“Xulen Lopeteqinin gedişindən sonra bizdə özünəinam yaranıb. Əvvəllər gülünc qollar buraxırdıq, vurduğumuz zərbələr isə qapı tirinə dəyirdi.

Komandada böyük rəqabət var. Bu da burda olmağımın ən böyük səbəbidir. Bizim məşqçiyə də hər oyun qapıçı seçimi etmək asan olmur. Keylor Navasla aramda güclü rəqabət var. Bu da məni güclü edir”.

Kurtua yay transfer pəncərəsi dövründə “Çelsi”dən “Real”a keçib. 26 yaşlı futbolçu cari mövsümdə “Real” formasıyla 11 oyunda iştirak edib, 15 dəfə qapısında top görüb.


Facebook-da paylaş

Xəbəri paylaş