Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xavi Messi haqqında



“Barselona”nın sabiq futbolçusu Xavi, Lionel Messi haqqında maraqlı açıqlama verib.

Xarici mətbuatda yayılan xəbərə görə, karyerasını Qətərin “Əl-Sədd” klubunda davam etdirən ispan futbolçu, Messinin 40 yaşına qədər oynaya biləcəyini deyib:

“Messinin 40 yaşına qədər oynaya biləcəyini düşünürəm. O, bu gücə sahibdir. Messi bənzərsiz futbolçudur.

Futbolçu yaş irəlilədikcə, fiziki cəhətdən gücünü itirir, ancaq daha ağıllı oynamağa başlayır. Messinin 40 yaşında fiziki gücünü də itirəcəyini düşünmürəm”.

Kataloniya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi olan Messi, bu mövsüm “Barsa” forması ilə 12 oyuna çıxıb. 31 yaşlı futbolçu bu oyunlarda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

1995-2015-ci illər aralığında “Barselona”da forma geyinən Xavi, 2015-ci ildə “Əl-Sədd” klubuna transfer olunub.


Facebook-da paylaş

Xəbəri paylaş