Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




La Liqanın prezidenti PSJ-nin avrokuboklardan uzaqlaşdırılmasını istəyir



"Nə "Real”, nə də "Barselona” PSJ-yə qarşı ittiham irəli sürməyi məndən tələb etməyiblər. Bu məsələ Neymarın transferinə aid deyil. PSJ və "Mançester Siti” Avropa futbolundakı maliyyə sabitliyi üçün böyük təhlükədi".

Bu sözləri İspaniya La Liqasının prezidenti Xavyer Tebas deyib.

La Liqa rəhbəri maliyyə "fair-play" qaydalarına əməl etməyən və gəlirləri haqqında məlumatları saxtalaşdıran hər bir klubun Avropa futbolunun sabitliyi üçün təhlükəli olduğunu vurğulayıb: "PSJ futbolçularla müqavilələrin məbləğlərini artırıb. Biz Neymar PSJ-yə keçməmişdən öncə bu təşəbbüsə başlamışdıq. Bu klub Avropada peşəkar futbolun sabitliyini təhlükə altına qoyur. Bu, bazar inflyasiyasını təhrik edir. Digər klubların onlarla mübarizə aparmaq üçün inanılmaz dərəcədə dəstəyə ehtiyacı olmalıdı. Bütün bunları böyük klubları müdafiə etmək üçün demirəm. Amma UEFA tələblərinə əməl etməyənlər avrokuboklardan kənarlaşdırılmalıdı. Məncə, qurumu aldadan klublar turnirlərdə iştirak etməməlidi. Amma bunu reallaşdırmaq çətin olacaq. Çünki PSJ-nin prezidenti Çempionlar Liqasının yayımçısı olan "BeİnSport" kanalına rəhbərlik edir".


Facebook-da paylaş