Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Kurtua təkzib tələb edir

Kurtua təkzib tələb edir

“Real”ın qapıçısı Tibo Kurtua “El Pais” nəşrindən təkzib tələb edir.

“El Pais”də dərc olunan xəbərdə iddia edilirdi ki, Kurtua Xulen Lopeteqi istefaya göndəriləcəyi təqdirdə, “Real”ı Joze Mourinyo və Antonio Kontenin çalışdırmasının qəti əleyhinə olduğunu deyib. Ancaq Kurtua açıqlama verərək, bunun yalan olduğunu bildirib. O, nəşrdən təkzib verməsini də tələb edir:

“El Pais”də dərc olunan bu məlumatı qətiyyətlə təkzib edirəm. Bu xəbər tamamilə yalandır və mənim peşəkar nüfuzuma ziyan vurur. Mən təkzib verilməsini tələb edirəm. Onu da bildirim ki, məsələnin hüquqi müstəviyə çıxarılması haqda da düşünürəm”.

Belçikalı qapıçı 2018-ci ilin yayında “Çelsi”dən “Real”a keçib. O, Madriddə yaşayan ailəsinə daha yaxın olmaq üçün bu addımı atdığını bildirmişdi.


Facebook-da paylaş