Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çin klubu Taliskanın transfer hüququna sahibləndi



Çinin “Quançjou Everqrand” klubu “Benfika”dan icarəyə götürdüyü Anderson Taliskanın transfer hüququna sahib olub.

Bu barədə “Benfika” klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə Çin təmsilçisinin 19,2 milyon avro qarşılığında Taliskanın transfer hüququnu aldığı bildirilib.

24 yaşlı futbolçu “Quançjou Everqrand”a yay transfer pəncərəsi dövründə keçmişdi.

Taliska cari mövsümdə Çin Super Liqasında 14 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş