Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şevçenko Kloppun fikirlərinə qarşı çıxdı



1968-1972-ci illərdə “Neftçi”nin formasını geynmiş Vitali Şevçenko “Liverpul”un baş məşqçisi Yurgen Kloppun UEFA Millətlər Liqasını mənasız yarış adlandırması barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, turnirin Azərbaycan və Ermənistan kimi ölkələrin Avropa çempionatının final mərhələsində iştirakı baxımından vacib olduğunu qeyd edib:

“Kloppun fikirlərinə qarşıyam. Millətlər Liqası kiçik futbol ölkələri üçün yaxşı şansdı və böyük önəm daşıyır. Bu, UEFA tərəfindən futbolun hələ də mükəmməl olmadığı ölkələrdə bu idman növünün məşhurlaşması baxımından atdığı addımdı. Millətlər Liqası olmasaydı, Azərbaycan və Ermənistan kimi yığmalar bir saniyəlik belə Avropa çempionatının final mərhələsində iştiraka iddia edə bilərdi? Əlbəttə, yox. Ümumiyyətlə, komandalar nəticəyə oynayırlar. Bunun nəyi pisdi ki?”.


Facebook-da paylaş

Xəbəri paylaş