Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağır atletlərimiz Avropa birinciliyinə qatılacaq



Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

40-a yaxın ölkədən 393 atletin (169 qadın+224 kişi) mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər.

Polşaya yollanan heyətlə sizi tanış edirik:

Oğlanlar

20 yaşa qədər: Qasımov Rüstəm - 62 kq.
23 yaşa qədər: Məmmədli Məhəmməd - 62 kq, İbrahimli Paşa - 69 kq.

Qızlar

20 yaşa qədər: Əzimova Səbinə - 53 kq.
23 yaşa qədər: Məhərrəmova Mərziyyə - 48 kq, Əlizadə Gülçin - 58 kq, İbrahimova Firuzə - 63 kq, Abbasova Elnarə - 69 kq.


Facebook-da paylaş

Xəbəri paylaş