Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İbrahimoviçin menecerindən “Milan” açıqlaması



Son vaxtlar adı “Milan”la yanaşı çəkilən Zlatan İbrahimoviç cəbhəsindən məsələylə bağlı açıqlama gəlib.

Xarici mətbuatda yayılan məlumata görə, isveçli futbolçunun meneceri Mino Rayola Zlatanın “Milan”a qayıtmaq ehtimalının olmadığını deyib:

“Zlatanın “Milan”a geri dönməsi ehtimalını bir saniyə belə, müzakirə etməmişik. Onun üçün çoxlu təkliflər var, lakin bunların “Milan”la bir əlaqəsi yoxdur”.

Bir neçə gün əvvəl hücumçunun özü də bu barədə bağlı açıqlama vermiş, “Hər zaman şayiələr olur. Bütün dünya məni istəyir” demişdi.

2010-2012-ci illərdə “Milan”ın şərəfini qoruyan 37 yaşlı futbolçu, keçirdiyi 61 oyunda 42 qolun müəllifi olub.


Facebook-da paylaş

Xəbəri paylaş