Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hazard yenidən Mourinyo ilə işləmək istəyir



“Çelsi”nin futbolçusu Eden Hazard “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo haqda danışıb. Hazard Belçika mətbuatına açıqlamasında Mourinyo ilə yenidən birlikdə işləmək istədiyini deyib:

“Mourinyo “Çelsi”də olduğu vaxtlarda son mövsümümüz yaxşı keçməmişdi. Qələbə qazana bilmirdik. Ancaq məşqlər edirdik. Bundan zövq almırdıq. O vaxt, iki tərəf üçün də ayrılıq yaxşı olmuşdu. İndi soruşsalar ki, yenidən kimlə çalışmaq istərdin, "Mourinyo" deyərdim.

Pis nəticələr qazananda futbolçular tənqid edilir. Həmin dövrdə də əsas hədəflərdən biri mən idim. Qələbə qazandığınız zaman, Mourinyo arzu etdiyiniz bir məşqçi olur. Nə istəsəz, onu edəcək. Bir gün istirahət istəyirdik, iki gün verirdi.

"Karyeramda kaş bunu edərdim" deyə, çox şey düşünməmişəm. Ancaq Mourinyo ilə daha uzun müddət işləmək istərdim. 12 illik futbolçu həyatımda ümumilikdə toplasaq, 1 il pis oynamışam, onun da 6 ayı Mourinyonun vaxtına düşüb”.

Qeyd edək ki, Mourinyo 2013-2015-ci illər aralığında “Çelsi”nin “sükanı arxasında” olub.


Facebook-da paylaş

Xəbəri paylaş