Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Braziliyanın yeni ulduzu Avropa yolunda



Braziliyanın dünya futboluna təqdim etdiyi yeni "ulduzluğ"a namizədlərdən biri olan Lukas Pakita Avropa yolçusudu.

"Flamenqo"da çıxış edən və göstərdiyi oyunla Braziliyanın əsas yığmasına qədər yüksələn 21 yaşlı futbolçu, Avropa nəhənglərinin də transfer siyahısında yer alıb.

Xüsusilə də PSJ-nin yaxından izlədiyi gənc yarımmüdafiəçinin adı martda "Beşiktaş"la hallansa da ilk rəsmi addımı İtaliya A Seriyasından "Milan" atıb. Həm İtaliya həm də Braziliya mətbuatının iddialarına görə "Milan" Pakito üçün "Flamenqo"ya rəsmi təklif göndərib.

Mətbuatda yazılanlara əsasən "Milan" futbolçunu 30 milyon avroya almaq istəyir, amma Braziliya klubu onu 35 milyon avroya satmaq niyyətindədi.

İtaliya klubunun rəsmilərinin bu həftə Rioya gedərək "Flamenqo" rəhbərliyi ilə görüşəcəyi və yanvar ayında transferin gerçəkləşəcəyi gözlənilir.

Lukas bu mövsüm "Flamenqo" forması ilə meydana çıxdığı 31 matçda 9 qola imza atıb.

"10 nömrə" mövqeyində oynamasına rəğmən, mərkəz hücumçu görüntüsü verən Pakita, qüvvətli sol ayağı, yüksək topla oynamaq texnikası, tez düşünmə və qərar vermə xüsusiyyətləri ilə oyuna temp qata bilən bir futbolçu kimi ona böyük rəğbət bəslənilir.


Facebook-da paylaş

Xəbəri paylaş