Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millinin qapısı Benzema üçün həmişəlik bağlandı



"Real"ın futbolçusu Kərim Benzema Fransa millisinə çağırılmayacaq. Bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qraet yerli mətbuata məlumat verib. O, 2015-ci ildən bəri milli komandaya çağırılmayan 30 yaşlı hücumçunun yaxşı formada olmadığını vurğulayıb: "Benzemanın milliyə çağırılma şansı qalmayıb. Uzun zamandır ki, yaxşı formada da deyil".

Qurum rəhbəri Benzema ilə "Fənərbaxça"nın futbolçusu Mateu Valbuena arasındakı məhkəməyə də münasibət bildirib: "Benzema ilə Valbuena arasındakı məhkəmə 3-4 ildir ki, davam edir. Qərar çoxdan çıxmalı idi. Bu məsələ də Benzemanın vəziyyətini çətinləşdirir".

Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.


Facebook-da paylaş

Xəbəri paylaş