Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın ev oyunlarının biletləri satışa çıxarıldı



“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində son iki ev oyununun biletləri artıq satışdadır.

Klubun rəsmi saytında yayılan xəbərə görə, 25 oktyabrda Ukraynanın “Vorskla” (Poltava) klubuyla matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

Noyabrın 29-u Portuqaliyanın “Sportinq” klubuyla matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) AZN-dir.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, "Qarabağ"ın "Vorskla" və "Sportinq"lə ev oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək və 20:55-də başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş