Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qattuzo Çalhanoğlu və İbrahimoviç barədə danışıb



İtaliya A Seriyasında mübarizə aparan “Milan”ın baş məşqçisi Cennaro Qattuzo Hakan Çalhanoğlu və Zlatan İbrahimoviç haqqında danışıb.

İtaliya mətbuatında yayılan xəbərə görə, 40 yaşlı mütəxəssis Türkiyə millisinin üzvünün start heyətində meydana çıxa biləcəyini deyib:

"Ümid edirəm ki, Hakan geri dönüb. “Empoli” və “Atalanta” ilə oyunlarda sürətli deyildi. Çox düşünməməsi lazımdır, çünki möhtəşəm istedadı var. Hər mövsüm ən azı 10 qol vura bilər. Onu cərimə zərbələrinə hazırlamağımız lazımdır. Çətin vəziyyətlərdə ayağa qalxacaq təcrübəsi var”.

“Milan”a keçəcəyi söylənilən Zlatan İbrahimoviç haqqında da danışan italiyalı baş məşqçi, “Bunun üçün Leonardo ilə (klubun idman direktoru) danışmağınız lazımdır. Heyətimdə olmayan futbolçular haqqında danışa bilmərəm. Zlatan lider, hər zaman qazanmaq istəyən möhtəşəm bir futbolçudur” deyib.


Facebook-da paylaş

Xəbəri paylaş