Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qvardioladan Mbappe açıqlaması



“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında “Hoffenhaym”la keçiriləcək oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

PSJ-nin futbolçusu Kilian Mbappenin “Mançester Siti”yə keçəcəyi ilə bağlı yayılan xəbərlə bağlı da Qvardiolaya sual verilib. O, bu keçidin heç vaxt baş tutmayacağını deyib:

“Dəqiq bilirəm ki, bu keçid heç vaxt baş tutmayacaq. Hərdən mənə aydın olmur ki, bu tip xəbərləri hardan əldə edirlər. “Mançester Siti” transfer üçün belə böyük məbləğ ayırmayacaq. Hesab edirəm ki, heç parislilər də onu satmaq istəmirlər. Mbappe bura gəlməyəcək. Heç biz də kimisə satmağı planlaşdırmırıq. Nə Rahem Sterlinqi, nə də başqasını. İnsanlar belə məsələlərdə hər şeyə hörmətlə yanaşmalıdırlar”.


Facebook-da paylaş

Xəbəri paylaş