Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Alisson Bekker “Liverpul”a keçidindən danışdı



Bu yay “Roma”dan “Liverpul”a transfer olunan Alisson Bekker maralı açıqlamalar verib.

Braziliyalı qapıçı “Qazetta dello Sport”a danışıb. O, “Roma”nı ağlayaraq tərk etdiyni deyib:

“Roma”nı tərk etmək çətin idi. Mən və həyat yoldaşım uzun müddət ağladıq. Dürüst olmaq lazımdırsa, mən peşəkar bir seçim etdim. Karyeramda irəliyə doğru bir adddım atdım, “Roma” da bundan böyük qazanc əldə etdi. Mən “Liverpul”a getməyə başımla razılıq verdim, amma ürəyim göz yaşları ilə dolu idi. Romada iki xüsusi il yaşadım. Qızım orda doğuldu.

“Roma”da çox xoşbəxt idim, amma bir futbolçu oynayacağı yeri seçərkən, başqa şeyləri də nəzərə almalıdır. Mənim böyük şöhrətim var, ona görə də, “Liverpul”u seçdim. İndi də dünyanın ən əhəmiyyətli liqalarından birində oynayıram.

İtaliyada qapıçı məşqçisi Marko Savorani sayəsində çox şey öyrəndim. O, mənim həyatımdakı ən vacib insanlardan biridir. Həm meydanda, həm də meydandan kənarda mənə çox kömək edib”.

26 yaşlı qolkiper sabah Çempionlar Liqasının qrup mərhələsində “Napoli” ilə səfərdə keçirəcəkləri oyun haqda da danışıb:

“Bu, çox gözəl qarşılaşmadır. Mən “San Paulo”da oynamağı sevirəm. Orda azarkeşlər həmişə oxuyurlar, heç zaman sakit dayanmırlar. Ötən il “Napoli” “Roma” ilə qarşılaşarkən, biz 4:2 hesabıyla qalb gəlmişdik, amma çox çətin qarşılaşma olmuşdu. Karlo Ançelottinin komandasının gücü bir neçə ildir eyni heyətlə mübarizə aparmasındadır”.

Bekker 72,5 milyon avro müqabilində “Liverpul”a transfer olunub və dünyanın ən bahalı qapıçısı olub.


Facebook-da paylaş

Xəbəri paylaş