Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Messi dünyanın ən böyük televiziyasının sahibidi, amma oturub izləməyə imkanı yoxdu"



Qalmaqallı həyatı ilə tez-tez gündəmə gələn və 30 yaşında karyerasını bitirən Dani Osvaldo maraqlı açıqlamalar verib.

Karyerası ərzində "Fiorentina", "Yuventus", "Roma", "İnter", "Soutqempton", "Portu", "Boka Xuniors" kimi önəmli klublarda çıxış edən İtaliya millisinin sabiq üzvü "Marca"ya müsahibəsində "Futbol əvəzinə manqal yandırmağı seçərəm" deyib.



Karyerasını bitirdikdən sonra azadlığını əldə etdiyini deyən Argentina əsilli futbolçu Messi kimi olmaq istəmədiyini bildirib: "Messi kimi olmaq istəyərdimmi? Yox. Onun kimi oynamaq istəyərdim, amma onun kimi olmaq istəməzdim. Onun bir həyatı yoxdu. Qızıl bir həbsxanada yaşamaq kimi bir şeydi. Heç bir yerə ged bilmir, səssizcə bir şeylər içir. Bəlkə bu vəziyyət onu narahat etmir, amma mən bunu edə bilzəmdim.

Messi yetərincə azad deyil. Bəlkə də dünyanın ən böyük televiziyasının sahibidi, amma oturub izləməyə imkanı yoxdu. Böyük ehtimalla bir "Ferrari" sürür, amma məşq meydançası ilə evinin arası 15 dəqiqəlik yoldu. Bunun heç bir mənası yoxdu".


Facebook-da paylaş

Xəbəri paylaş