Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Qalatasaray"ın qış transfer hədəfi



Bu yay bombardiri Bafetimbi Qomisi satsa da, heyətinə yeni hücumçu qata bilməyən "Qalatasaray" qış transfer pəncərəsinin hazırlıqlarına indidən başlayıb.

"Fanatik" xəbər verir ki, İstanbul klubu transfer pəncərəsi açılana qədər heyətinə qatmaq istədiyi futbolçularla ilkin protokol imzalamaq üçün hərəkətə keçib.

Əvvəlcə hüumdakı problemi həll etmək istəyən "Qalatasaray" Çinin "Tianjin Quanjian" klubunda forma geyinən Antoni Modeste ilə danışıqları davam etdirir. "Cim-Bom" fransalı forvardı yayda heyətinə qatmaq istəsə də, buna nail ola bilməmişdi. 30 yaşlı futbolçu "Köln"dən Çin klubuna 29 milyon avroya transfer olunmuşdu.

"Qalatasaray"ın hədəfindəki digər futbolçu isə Qari Kahilldi. "Çelsi"dən ayrılacağı dəqiqləşən mərkəz müdafiəçisi ilə də danışıqlar başlayıb.


Facebook-da paylaş