Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi Ronaldonun "Yuventus"a getməsinə barədə

Messi Ronaldonun "Yuventus"a getməsinə barədə

"Barselona"nın futbolçusu Lionel Messi Kriştiano Ronaldonun "Real"dan ayrılaraq "Yuventus"a transfer olunmağına münasibət bildirib.

"Mundo Deportivo"nun yaydığı xəbərə görə, o, portuqaliyalı hücumçunun Turin klubuna keçidinə təəccübləndiyini deyib: "Sözün düzü, Ronaldonun "Real"ı tərk edəcəyini gözləmirdim. Madridlilər onun gedişi ilə çox şey itirdilər. Mən onunla çox klubun maraqlandığını eşidirdim. Ancaq "Yuventus"a keçməsi ən az ehtimal edilən variant idi. Mən, həqiqətən, bu transferə təəccübləndim. Amma "Yuventus" çox yaxşı komandadır. Onlar avrokuboklarda əsas favoritlərdən olacaq".

L.Messi "Real"da Ronaldodan başqa, yaxşı futbolçuların olduğunu bildirib: "Bu klub titullar uğrunda mübarizə aparmağa davam edəcək".

Qeyd edək ki, Ronaldo bu yay "Real"dan "Yuventus"a transfer olunub.


Facebook-da paylaş

Xəbəri paylaş