Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldinyo Neymarın “Barselona”ya qayıtmasını istəyir



Braziliya millisi və “Barselona”nın sabiq yarımmüdafiəçisi Ronaldinyo Neymarın PSJ-dəki çıxışı haqda danışıb.

“Mundo Deportivo” nəşrinin yaydığı xəbərə görə, veteran futbolçu həmyerlisinin hazırda dünyanın ən yaxşı oyunçularından biri olduğunu bildirib:

“Hazırkı məqamda görürəm ki, Neymar əvvəlki kimi dünyanın ən yaxşı futbolçularından biridir. Onu PSJ-də xoşbəxt görmək xoşuma gəlir. Amma əlbəttə ki, “Barselona”ya qayıtsa, şad olardım. Mümkündürmü? Futbolda hər şey mümkündür”.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”nı PSJ-yə dəyişib.


Facebook-da paylaş

Xəbəri paylaş