Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki ulduz Çindən Avropaya qayıdır



Çində çıxış edən iki ulduz futbolçu Portuqaliya klublarına transfer oluna bilər. Bunlardan biri Ramiresdi. İddialara görə, Çinin "Jianqsu Suninq" klubunda çıxış edən braziliyalı futbolçunu "Benfika" transfer etmək istəyir.

Ramiresi "Benfika" 2009-cu ildə Braziliyanın "Kruzeyro" klubundan 7,5 milyon avroya alıb. Portuqaliya təmsilçisi bir il sonra onu "Çelsi"yə 22 milyon avroya satıb. 31 yaşlı yarımmüdafiəçi 2016-ı ildə 28 milyona Çinə transfer olunub.

Portuqaliyalıların hədəfində olan digər ulduz Cekson Martinesdi. "Quanqzu Everqrande"də çıxış edən kolumbiyalı forvardı "Sportinq" transfer etməyə çalışır.

2012-ci ildə Meksikanın "Yaquares" klubundan "Portu"ya 8,9 milyon avroya transfer ounan Martines 2015-ci ildə 37,5 milyon avroya "Aletiko"ya keçib. Çin klubu isə 2016-cı ildə onu 42 milyon avroya satın alıb.


Facebook-da paylaş

Xəbəri paylaş