Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Beşiktaş” Loris Kariusu İstanbula gətirdi



“Beşiktaş”ın “Liverpul”dan icarəyə götürdüyü Loris Karius İstanbulda tibbi müayinədən keçib.

Türkiyə mətbuatı xəbər verir ki, dünən axşam İstanbula gələn almaniyalı qapıçı bu gün tibbi müayinədən keçirilib. Onun bu gün “Beşiktaş”ın “Antalyaspor”la keçirəcəyi oyunu stadiondan izləyəcəyi bildirilir.

“Beşiktaş” Kariusun iki illik icarəsi üçün “Liverpul”a 2,5 milyon avro ödəyəcək. Kariusun transfer hüququnu almaq üçün isə əlavə 8 milyon avro təzminat ödəmək lazım gələcək.

Peşəkar karyerasına 2005-ci ildə “Ştutqart”da başlayan Karius, daha sonra “Manşester Siti”yə transfer olunub. 2011-2016-cı illər aralığında “Maynts”da çıxış edən qapıçı 2016-cı ildən “Liverpul”un şərəfini qoruyur.


Facebook-da paylaş