Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real"dan bir gündə iki transfer



"Real" Tibo Kurtuanın transferini açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika millisinin qapıçısı bu gün ictimaiyyətə təqdim ediləcək.

"Real" bu transfer qarşılığında "Çelsi"yə 35 milyon avro ilə yanaşı, Mateo Kovaciçi bir illik icarəyə verəcək.

Qeyd edək ki, Kurtua 2011-ci ildə Belçikanın "Genk" klubundan "Çelsi"yə 8,95 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiymət qoyub. O, "Qarabağ"a qarşı Çempionlar Liqasının hər iki oyununda meydanda olub. Bu matçlarda "Çelsi" 10 qol vursa da, Kurtua qapısını toxunulmaz saxlayıb.

Kovaciç isə "Real"a 2015-ci ildə "İnter"dən 31 milyon avroya transfer olunub.


Facebook-da paylaş

Xəbəri paylaş