Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real" transferlər üçün kisənin ağzını açdı

"Real" transferlər üçün kisənin ağzını açdı

"Real" heyətini ulduz futbolçularla gücləndirmək üçün 300 milyon avro büdcə ayırıb.

İspaniya mətbuatının yaydığı xəbərə görə, komandanın qol silahı Kriştiano Ronaldonun "Yuventus"a keçməsindən sonra Madrid klubu transfer siyahısına bir çox ulduz oyunçu daxil edib.

Siyahının ilk pilləsində PSJ-nin hücumçusu Kilian Mbappe yer alıb. Madrid klubunun fransalı oyunçu üçün Paris təmsilçisinə 300 milyon avro təklif etdiyi iddia olunub. Digər namizədlərin Eden Hazard ("Çelsi") və Harri Keyn ("Tottenhem") olduğu bildirilib. Neymar (PSJ) və Robert Levandovski ("Bavariya") də "Real"ın gündəmində olan futbolçular sırasındadır.

"Kral klubu"nun bu oyunçulardan ən azı ikisinin transfer edəcəyi iddia olunur.


Facebook-da paylaş

Xəbəri paylaş