Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Sarri Azar haqqında danışdı

Sarri Azar haqqında danışdı

“Çelsi”nin yeni baş məşqçisi Mauritsio Sarri komandanın aparıcı futbolçusu Eden Azarla bağlı maraqlı fikir səsləndirib. Xarici mətbuatda yayılan məlumata görə, təcrübəli mütəxəssis belçikalının komandada qalmasının tərəfdarıdı.

Bununla belə, Sarri Azarı dünyanın ən yaxşı futbolçuları sırasında görmür: “Azar yüksək səviyyəli futbolçudu. Məncə, o, Avropada Top-2 və ya Top-3-ə düşə biləcək gücdədi. Edenlə birlikdə çalışmaqdan məmnun olaram. Bu, üzümüzə gələn mövsüm yaxşı nəticələr əldə etməyimizə kömək olar və Premyer Liqada rəqabəti artırar. Ümid edirəm ki, onun ən yaxşı olmasına kömək edə bilərəm. Digər tərəfdən o, onsuz da, əla futbol sərgiləyir”.

Qeyd edək ki, “Çelsi”dən ayrılmaq istədiyini bildirən Eden Azar “Real”ın maraq dairəsindədi.


Facebook-da paylaş