Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Abidal Rabio üçün Fransaya yollandı

Abidal Rabio üçün Fransaya yollandı

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabio “Barselona”ya keçmək niyyətindədi. İspaniya mətbuatının məlumatına görə, Fransa millisinin üzvü parislilərin yeni müqavilə təklifini növbəti dəfə rədd edib.

Onun klubla müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, kataloniyalılar bu keçidi ucuz qiymətə həll etməyə çalışırlar. Əks təqdirdə, Rabio gələn yay klubu havayı tərk edəcək. “Barsa” yeni idman direktoru Erik Abidalı bunun üçün Fransaya göndərib. Keçmiş müdafiəçi həmyerlisinin transferini həll etməyə çalışacaq.

Qeyd edək ki, 23 yaşlı Adrien Rabio 2012-ci ildən PSJ-nin formasını geyinir.


Facebook-da paylaş

Xəbəri paylaş