Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan birinciliyində Qobustan atletlərinin nəticələri



Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Turnirdə Qobustan idmançıları da iştirak etmiş və onlardan 6 nəfəri fəxri kürsüdə yer almışdır:

1. Sahibov Sənan - III yer

2. Mürşüdov Səlimxan - II yer

3. Əsədov Canəli - III yer

4. Cəfərov Sadəddın - II yer

5. Zahidov Nahid - II yer

6. Məmmədov Tehran - II yer

Alxas Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş