Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"...Çempionlar Liqasının finalında da “Beşiktaş”ı görə bilərik"



“Beşiktaş”ın prezidenti Fikrət Orman dünən “Vodofon Park Arena”da təşkil olunan iftar yeməyindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, gələn mövsüm UEFA Avropa Liqası finalının Bakıda keçiriləcəyini xatırladan iş adamı komandasının paytaxtımızda kubok qazanmasını istədiyini bildirib:

“Xəyallarımı bəzəyən 3 final var: Avropa Liqası, Çempionlar Liqası və UEFA Superkubok finalı. Növbəti mövsümdə Avroliqanın həlledici oyunu Bakıda keçiriləcək. Azərbaycanda çempion olsaq, “Vodofon Park Arena”da təşkil olunacaq Superkubok finalına vəsiqə qazanacağıq. Hətta 2020-ci ildə İstanbulda oynanılacaq Çempionlar Liqasının finalında da “Beşiktaş”ı görə bilərik. Niyə də olmasın?!”.

Qeyd edək ki, Super Liqada 4-cü pilləni tutan “Beşiktaş” bu mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş