Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Salah Messi və Ronaldonun taxtına otura bilər”



“Liverpul” tempə, driblinqə, fenomenal sürətə və əks-hücumlara üstünlük verir. Üstəlik, onların Məhəmməd Salah kimi dünya səviyyəli futbolçusu var. Yaxın bir neçə il ərzində bu formada davam etsə, Salah Messi və Ronaldonunun taxtına otura bilər”.

Bu sözlər Dortmund “Borussiya”sı və “Bavariya”nın sabiq baş məşqçisi Ottmar Hitsfeldə məxsusdu.

Yurgen Klopp haqda da fikirlərini bölüşən Hitfeld alman mütəxəssisin bir gün “Bavariya” və Almaniya millisini çalışdıracağını söyləyib: “Yurgen Klopp inanılmaz işlər görür. Avropada “Liverpul” erası başladacağına inanıram. “

Borussiya”da da kuboklar qazana biləcəyini isbatlamışdı. Klopp “Bavariya”nı çalışdıracaq bütün keyfiyyətlərə malikdi və zənnimcə, bir gün bu reallaşacaq. Hətta sonda Almaniya millisinin baş məşqçisi olacağını da düşünürəm.

Cavandı və hər iki posta ideal namizəddi. Əvvəlcə 3-4 il “Liverpul”da işləyəcək, daha sonra “Bavariya”, ardınca da yığma komanda – bütün bunlar mümkündü”.


Facebook-da paylaş

Xəbəri paylaş