Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cəld, çevik, dinamik və enerjili



Nurlan Allahverdiyev 06 yanvar 2011-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olub. 2017-ci il sentyabrın 15-də Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin rus bölməsinin I sinfinə qəbul olunmuşdur.

Balaca vaxtlarından idmana marağı onu taekvondoya gətirib. O, 2017-ci il noyabr ayından Maştağa Taekvondo Klubunun tanınmış məşqçi-müəllimi Zahid Nadirovun taekvondo məşqlərinə qatılır. Zahid müəllim III dan qara kəmər sahibi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Magistırıdır. Nurlan bir çox yoldaşlıq görüşlərində və açıq birinciliklərdə müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Nurlan kəmər (dərəcə) imtahanına qatılmış və sarı kəmərə layiq görülmüşdür. Böyüyəndə də bu idman növünü davam etdirməyi və böyük nailiyyətlər qazanmağı qarşısına məqsəd qoyub. Bu arzusu ilə yanaşı, eyni zamanda polis peşəsinə yiyələnmək də onun əsas məqsədidir.

Nurlan çox cəld, çevik, dinamik və enerjili uşaqdır. O, təbiəti gəzməyi, idmanla məşğul olmağı, maraqlı kitabları oxumağı və kompüterlə məşğul olmağı çox sevir. Nurlanın enerjili olması səbəbindən ona məşq yoldaşları zarafatla yüksək enerjili batareya brendi olan "Duracell" ləqəbini də qoyubar.

Alxas Məmmədov







Facebook-da paylaş

Xəbəri paylaş