Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Müəllimlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib



Şamaxı şəhər 2 saylı tam orta məktəbdə ATİAHİ Şamaxı Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ümumtəhsil məktəb müəllimləri arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.

Şamaxı rayon Təsil Şöbəsindən BendSprot.az saytına verilən məlumata görə 12 nəfər müəllimin iştirak etdiyi yarışda I yerə Şamaxı rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin müəllimi Yaşar Məmmədov layiq görülərək qalib olmuşdur.

Yüksək maraqla sona çatan yarışda Şirvan kənd tam orta məktəbinin müəllimi Sabir Ağayev II yer, şəhər 10 saylı tam orta məktəbin müəllimi Babək Xəlilov isə III yerə layiq görülmüşlər.

Sonda qaliblərə Fəxri Fərman və pul mükafatları təqdim edilmişdir. Biz də,qalibləri təbrik edərək,onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş