Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gömrükçülər birinci oldu



Gömrükçü İK-nın taekvondoçuları Azərbaycan çempionatı və birinciliyində ümumi hesabda birinci olublar. DGK İSM-dən BrendSport.az saytına verilən məlumata görə, Azərbaycan Boks Mərkəzində keçirilən taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub.

Fevralın 21-22-də böyükyaşlı idmançılar Azərbaycan çempionatı, fevralın 23-25-də isə gənc idmançılar Azərbaycan birinciliyində qüvvələrini sınayıblar. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də uğurla mübarizə apararaq medallar qazanıblar.

Klubun məşqçi-müəllimi Tərənnüm Bayramovun (1 saylı “Gömrükçü”İK-Bakı) yetirmələri Patimat Abakarova (53 kq) və Şakila Kalhor (46 kq) böyüklər arasında qızıl medallar əldə ediblər. Klubun məşqçi-müəllimi Vurğun Cəfərovun (2 saylı “Gömrükçü”İK-Sumqayıt) yetirmələri Xanruh Fətullayev (68 kq), Mehriban Məmmədova (49 kq), Sənubər Əşrəfova (53 kq) böyüklər arasında yarışlarda bürünc medallara sahib çıxıblar.

Gənclər arasında yarışlarda isə Badam Əliyeva (49 kq) qızıl, Nihad Abbasov (45 kq), İmran Köçərli (63 kq) bürünc medallara yiyələniblər. Klubun məşqçi-müəllimi Kazım Kazımovun (5 saylı “Gömrükçü”İK-Göyçay) yetirmələri arasında böyüklər arasında Hüseyn Əlizadə (87 kq), Fidan Babayeva (46 kq) bürünc, gənclər arasında Yaşar Məmmədli (51 kq), Ofeliya Allahverdiyeva (42 kq), Nərmin Süleymanova (52 kq), Ülvi Mustafayev (68 kq) qızıl, Zalikə Babayeva (55 kq) bürünc medallara yiyələniblər. Klubun məşqçi-müəllimi Müqabil Məmmədovun (1 saylı “Gömrükçü”İK) yetirmələri Ayaz Qənbərli (55 kq), Taleh Süleymanov (73 kq), Aytən Süleymanova (59 kq) qızıl, Mirvari Qənbərli (46 kq), Əli Əmikişi (78 kq) gənclər arasında bürünc medallar qazanıblar.

Gənclər və böyüklər arasında keçirilən yarışlarda qazanılan medalların yekun nəticəsinə əsasən 1 saylı “Gömrükçü”İK-Bakı komandası ümumi hesabda 6 qızıl, 7 bürünc medalla birinci pillədə qərarlaşıb. 5 saylı “Gömrükçü”İK-Göyçay komandası isə 4 qızıl, 3 bürünc medalla ümumi hesabda ikinci pillədə qərarlaşıb.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi





Facebook-da paylaş

Xəbəri paylaş