Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Atıcılıq üzrə turnir keçirilib



Quba rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Quba rayon Təhsil Şöbəsinin dəstəyi ilə "Azərbaycan Gəncliyi 2017-2021-ci iilərdə Dövlət Proqramının 5.1-ci maddəsinin 10-cu bəndinin icrası ilə əlaqədar olaraq gənclər arasında vətənpərvərlik hislərinin tərbiyəsi, tariximizin təbliğ edilməsi məqsədilə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq yeniyetmə və gənclərin iştirakı ilə atıcılıq turniri keçirilmişdir.

BrendSport.az saytına Quba rayon Gənclər və İdman İdarəsindən verilən məlumata görə, turnirdə Quba rayonunun şəhər, kənd və qəsəbələrini əhatə edən 10 məktəbdən ümumilikdə 40 nəfər mübarizə aparmışdır.
Əsasnaməyə uyğun olaraq yarışlar oğlanlar və qızlar arasında fərdi və komanda birinciliyi şəklində təşkil edilmişdir.

Oğlanların yarışında Qımıl kənd sakini Murad Beydullayev birinci, Barlı kənd təmsilçisi Kənan Mirişov ikinci, Qəçrəş kənd məktəbinin şagirdi İslam Xanmədov isə üçüncü yeri tutmuşdur.

Qızların mübarizəsində isə qalib adının Quba şəhər 2 saylı təbiət fənlər təmayüllü məktəb-liseyin şagirdi Tərgül Əhmədova qazanmışdır. İsnovqışlaq kənd məktəbinin şagirdi Zəminə Bayramova ikinci, Qəçrəş kənd sakini Nurtən Xanmədova isə üçüncü yeri tutmuşdur.

Komanda hesabında isə Qəçrəş məktəbi bütün rəqblərini qabaqlayaraq turnirin qalibi adını qazanmışdır. Zərdabi qəsəbə komandası ikinci, Quba şəhər 2 saylı məktəb-lisey isə üçüncü mükafata sahib olmuşdur.

Yekunda qalib və mükafatçılar Quba rayon Gənclər və idman İdarəsinin təts etdiyi diplom və medallarla təltif olunmuşlar.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi










Facebook-da paylaş

Xəbəri paylaş