Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stiliana Nikolova: Milli Gimnastika Arenasında məşq etmək mənim üçün çox rahatdır

Stiliana Nikolova: Milli Gimnastika Arenasında məşq etmək mənim üçün çox rahatdır

Bədii gimnastika ilə 4 yaşımdan məşğul oluram. Anam bu növ üzrə məşqçidir. Uşaqlıqdan əsas oyuncaqlarım gimnastika alətləri olub.

BrendSport.az
xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə dünya kuboku yarışlarında fərdi proqramda üç qızıl medal qazanan bolqarıstanlı Stiliana Nikolova deyib.
Dünya kuboku yarışlarının onun üçün uğurlu olduğunu bildirən gimnastın sözlərinə görə, yarışdan əvvəl bir qədər həyəcanlı olur. Lakin çıxış zamanı bu barədə düşünməyə vaxt qalmır. Yarışdan sonra isə onun emosiyaları çıxışından asılı olur. Sonra yarışla bağlı bu məqamları xatırlayanda insanda xoş hisslər yaranır.
Bakıya ikinci dəfə səfər etdiyini diqqətə çatdıran S.Nikolova bildirib ki, şəhər onun çox xoşuma gəlir. Buradakı binalar memarlıq baxımından zövqü oxşayır. “Milli Gimnastika Arenası isə möhtəşəmdir. Dünyada belə arenaların çox olmasını istərdim. Bu arenada məşq etmək mənim üçün çox rahatdır. Qarşıda məni Bolqarıstanda keçiriləcək yerli yarış gözləyir. Daha sonra digər mötəbər yarışlara hazırlaşacağam”, - deyə bolqarıstanlı gimnast fikrini yekunlaşdırıb.


Facebook-da paylaş

Xəbəri paylaş