Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kuba səfiri: Azərbaycan Olimpiya Oyunları səviyyəsində yarışlar təşkil edir

Kuba səfiri: Azərbaycan Olimpiya Oyunları səviyyəsində yarışlar təşkil edir

Kubanın ölkəmizdəki səfiri Karlos Enrike Valdes de la Konsepsyo Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında iştirak edən ölkəsinin nümayəndə heyəti ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, görüşdən sonra səfir Kuba səfiri: Azərbaycan Olimpiya Oyunları səviyyəsində yarışlar təşkil edir keçirilən dünya kuboku yarışları barədə təəssüratlarını bölüşüb. Səfir bildirib ki, Milli Gimnastika Arenası onda xoş təəssürat yaradıb: “Burada mötəbər idman yarışlarının keçirilməsi üçün hər cür şərait mövcuddur. Deyərdim ki, Azərbaycan Olimpiya Oyunları səviyyəsində yarışlar təşkil edir. Burada Qretel Mendoza adlı bir gimnastımız qüvvəsini sınayır. O, gənc idmançıdır. Bu yarışlara çox ciddi hazırlaşıb. Bilirik ki, digər gimnastların səviyyəsi çox yüksəkdir. Kuba üçün bədii gimnastika üzrə dünya kuboku kimi mühüm beynəlxalq idman tədbirində iştirak etmək vacibdir. İdmana böyük marağım var. Vaxtilə cüdo və üzgüçülüklə məşğul olmuşam. Düşünürəm ki, hər kəs öz sağlamlığı üçün mütləq idmanla məşğul olmalıdır”.

AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş