Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda dünya kuboku yarışlarında çıxış edəcək bədii gimnastlarımız bəlli olub

Bakıda dünya kuboku yarışlarında çıxış edəcək bədii gimnastlarımız bəlli olub

Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

BrendSport.az
xəbər verir ki, turnirdə 46 ölkədən idmançılar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Yarışda ölkəmizi təmsil edəcək heyət açıqlanıb. Fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova çıxış edəcəklər. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv isə qrup hərəkətləri proqramında mübarizə aparacaq.
Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.


Facebook-da paylaş

Xəbəri paylaş