Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək ölkələrin sayı açıqlanıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək ölkələrin sayı açıqlanıb

Mayın 17-dən 21-dək Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək. “Ulduz kimi parla” devizi altında keçiriləcək yarışda Avropanın gimnastika ulduzları 5 gün boyunca çıxışları ilə göz qamaşdıracaqlar.

BrendSport.az
Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında şou xarakterli açılış mərasimi ilə start götürəcək ilin ən gözlənilən yarışı 38 ölkədən idmançıları bir araya toplayacaq.
Çempionat təkcə özünü ulduz kimi təsdiqləmiş gimnastlar üçün deyil, eyni zamanda, böyük uğur qazanmağa can atan gənc gimnastlar, eləcə də öz gimnastlarını dəstəkləmək üçün müxtəlif ölkələrdən paytaxtımıza təşrif buyuracaq azarkeşlər üçün ən yaddaqalan yarışlardan birinə çevriləcək.
Yarış iştirakçıları azarkeşlərə həyəcanlı emosiyalar bəxş edəcəklər. Onlar Hollivud ab-havasında dizayn olunmuş, eyni üslublu dekorasiya elementləri və işıq effektləri ilə tərtib edilmiş zalda sərilmiş qırmızı xalıdan keçərək yarış meydançasına yol alacaq və peşəkar çıxışları ilə azarkeşlərin qəlbinə yol tapmağa çalışacaqlar.
Çempionatın ən məzəli siması isə şübhəsiz ki, Avropa Gimnastikasının maskotu - Luici adlı meymun olacaq. O, tamaşaçılara və gimnastlara öz zarafatları, maraqlı proqramları ilə təbəssüm və pozitiv əhvali-ruhiyyə bəxş edəcək.
Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər. Fərdi gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər (gürzlər, halqa, top, lent) üzrə çıxışlarını təqdim edəcəklər. Böyüklər arasında 19 qrup komandası 5 halqa, 3 lent və 2 top proqramında, gənclər arasında isə 22 qrup komandası 5 ip və 5 top proqramında mübarizəyə qoşulacaq.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycanın fərdi böyük gimnastları və gənclərdən ibarət qrup hərəkətləri komandası 18-ci, böyüklərdən ibarət qrup hərəkətləri komandası isə 10-cu nömrə altında çıxış edəcək.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq. Paytaxtımız 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.


Facebook-da paylaş

Xəbəri paylaş