Əsas Səhifə > Dünya idmanı > Şəhriyar Məmmədyarov dünya şahmat tacı uğrunda iddiaçılar turnirinə qatılacaq

Şəhriyar Məmmədyarov dünya şahmat tacı uğrunda iddiaçılar turnirinə qatılacaq


27-11-2017, 17:36





Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya şahmat tacı uğrunda iddiaçıların turnirində iştirak edəcək. Turnir Berlinin “Külhaus” sərgi mərkəzində keçiriləcək.


Bu, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) İspaniyada keçirilən Qran-Pri yarışlarının yekun mərhələsinin nəticələrindən sonra bəlli olub.

İddiaçıların turniri 2018-ci il martın 10-dan 28-dək Berlində keçiriləcək. Turnirin yekununa görə hazırkı dünya çempionu norveçli Maqnus Karlsenin rəqibi təyin olunacaq.

Almaniya paytaxtına yarışlarda iştiraka cəmi 8 nəfər, o cümlədən FIDE Qran-Pri yarışlarının ümumi hesabının yekunlarına görə Şəhriyar Məmmədyarov, rusiyalı Aleksandr Qrişşuk, dünya kubokunun nəticələrinə görə Levon Aronyan (Ermənistan), Dinq Liren (Çin), təşkilatçı ölkədən namizəd Vladimir Kramnik (Rusiya), dünya tacı uğrunda uduzmuş Sergey Karyakin (Rusiya), FIDE-nin reytinqinə görə Fabiano Karuana, Uesli Co (hər ikisi ABŞ-dan) yollanacaq.

Dünya şahmat tacı uğrunda iddiaçılar turnirinin mükafat fondu 420 min avro təşkil edir.

Azərtac.az
Geri qayıt