Əsas Səhifə > Dünya idmanı > Löv Portuqaliya ilə oyun haqda danışdı

Löv Portuqaliya ilə oyun haqda danışdı


19-06-2021, 13:29


Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Portuqaliya ilə matçdan gözləntilərini bölüşüb.

BrendSport.az UEFA-nın saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis rəqibin güclü hücum xəttinə sahib olduğunu deyib:

"Oyunçularımın hər şeyə qarşı ən yüksək səviyyədə çalışdıqlarını görürəm. Hamı başa düşür ki, daha çox işləməliyik. . Heç kimə sirr deyil ki, ilk görüşdə qol vurmaq üçün az şans yaratdıq. Amma bunun üzərində çalışmışıq. Bəlkə də müdafiəyə çox fikir verdiyimiz üçün qol şanslarımız az oldu. Hücumda risk almağa hazır olmalıyıq. Portuqaliya millisinin hücum xəttində Kriştiano Ronaldo deyil, üstün xüsusiyyətlərə sahib 4-5 oyunçu var. Hər biri təkbaşına oyunun taleyini həll edə bilər. Portuqaliya çevik, texniki cəhətdən güclü bir komandadır. Onu dayandırmaq çox çətindir, çünki topu bu komandadan almaq da çətindir".

Qeyd edək ki, Almaniya - Portuqaliya oyunu bu gün Bakı vaxtı ilə 20:00-da başlayacaq.


Geri qayıt