Əsas Səhifə > Dünya idmanı > "Əsl favoritin kim olduğunu anlamaq çətin idi"

"Əsl favoritin kim olduğunu anlamaq çətin idi"


19-06-2021, 11:02



“Unudulmaz axşam oldu. Mükəmməl oynadıq. Komandamda böyük oyunçularımızın olduğunu bilirdim və bu matçda bunu sübut etdilər. Futbolçular və millinin bütün heyəti üçün xoşbəxtəm".

BrendSport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Şotlandiya millisinin baş məşqçisi Stiv Klark Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda keçirilən İngiltərə ilə oyundan (0:0) sonra deyib.

"Qələbə qazanmaq şansımız var idi. İngiltərənin də qol epizodları var idi. Belə oyunda əsl favoritin kim olduğunu anlamaq çətin idi. Məni ən çox sevindirən şey qol epizodları yaratmağımız idi" - deyə o bildirib.
Geri qayıt