Əsas Səhifə > Dünya idmanı > Demba Banın yeni klubu

Demba Banın yeni klubu


18-06-2021, 18:53



"Başakşəhər"dən ayrılan Demba Banın yeni klubu müəyyənləşib.

BrendSport.az xəbər verir ki, 36 yaşlı hücumçu İsveçrə Superliqa təmsilçisi "Luqano"ya transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Seneqallı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Demba Ba ötən mövsüm "Başakşəhər"də meydana çıxdığı 37 matçda 9 qol vurub, 3 qolun ötürməsini verib.
Geri qayıt