Əsas Səhifə > Dünya idmanı > “Milan” onu birdəfəlik aldı

“Milan” onu birdəfəlik aldı


17-06-2021, 18:14



“Milan” “Çelsi”dən icarəyə götürdüyü Fikayo Tomorini birdəfəlik transfer edib.

BrendSport.az klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb. Xarici KİV-lərin məlumatına görə, A seriyası klubu oyunçunun keçidi üçün 28,5 milyon avro xərcləyib.

Qeyd edək ki, Tomori 2021-ci ilin yanvar ayından icarə əsasında “Milan”da çıxış edir. O, bu müddət ərzində 22 matçda 1 qol vurub.
Geri qayıt