Əsas Səhifə > Dünya idmanı > “Bakıda qol vuraraq, türk azarkeşləri susdura bilərik”

“Bakıda qol vuraraq, türk azarkeşləri susdura bilərik”


16-06-2021, 19:22


Uelsin futbolçusu Co Morrell AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Bakıda Türkiyə yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

BrendSport.az xəbər verir ki, Morrell, sözügedən oyunda Türkiyə yığmasının daha çox azarkeşinin olacağını deyib:

“Stadionda Türkiyə yığmasını dəstəkləyənlərin çox olacağı dəqiqdir. Bu, bizim üçün üstünlük ola bilər.

Türk azarkeşlərin neqativ enerjilərini meydana vermələrini təmin edə bilərik. Daha əvvəl də belə oyunlarımız olub. Qol vuraraq, türk azarkeşləri susdura bilərik. İlk qolu vurmaq bizim üçün vacibdir”.
Geri qayıt