Əsas Səhifə > Dünya idmanı > “Barselona” liderliyini və məğlubiyyətsizlik seriyasını davam etdirir

“Barselona” liderliyini və məğlubiyyətsizlik seriyasını davam etdirir


29-10-2017, 16:12



Futbol üzrə İspaniya çempionatının onuncu turunda “Atletik” (Bilbao) klubunu səfər oyununda 2:0 hesabı ilə məğlub edən “Barselona” turnir cədvəlində liderliyini davam etdirir.

Bu oyunda rəqib qapısına vurulan toplardan birinə Lionel Messi imza atıb. Bununla da Kataloniya klubunun argentinalı hücumçusu cari mövsümdə hesabındakı qolların sayını 12-yə çatdırıb və ən yaxşı bombardirlərin siyahısına başçılıq edir.

Bu mövsümdə hələ məğlubiyyət acısı dadmayan və 30 mümkün xaldan 28 xal toplayan “Barselona” turnir cədvəlində birinci yeri tutur. O, növbəti oyununu noyabrın 4-də öz meydançasında “Sevilya” klubuna qarşı keçirəcək.


Azərtac.az
Geri qayıt