Əsas Səhifə > Dünya idmanı > "Ayaks"ın fanatlarını polis də saxlaya bilmədi - Şəkillər

"Ayaks"ın fanatlarını polis də saxlaya bilmədi - Şəkillər


3-05-2021, 12:25


Ayaks"ın fanatları ötən gün komandanın Erdiviziya çempionluğunu qeyd ediblər.

BrendSport.az xəbər verir ki, onlara nə koronavirus pandemiyasına görə qoyulan qadağalar, nə də polis mane ola bilib.

"Ayaks" son turda "Emmen"i 4:0 hesabı ilə məğlub edərək mövsümün başa çatmasına 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komandanın minlərlə azarkeşi isə bundan sonra "Yohan Koyff" stadionuna daxil olmaq istəyib. Lakin polis buna icazə verməyib. Buna baxmayaraq, azarkeşlər arenanın ətrafına toplaşaraq coşqu yaradıblar. Onların bir hissəsi stadionun divarlarına dırmanıb və içəridə baş verənləri izləməyə çalışıb.














Geri qayıt