Əsas Səhifə > Dünya idmanı > "Barselona" Messiyə görə narahat deyil

"Barselona" Messiyə görə narahat deyil


28-04-2021, 20:47



"Barselona" kapitanı Lionel Messiyə PSJ-nin təklif göndərməsindən narahat deyil.

BreneSport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisi hazırkı şəraitdə bu prosesləri normal hesab edir. Eyni zamanda, klub 33 yaşlı oyunçu üçün yeni müqavilə təklifi hazırlayır.

Qeyd edək ki, argentinalı futbolçunun hazırkı sözləşməsi bu ilin yayı başa çatır. Futbolçunun özü mövsümün sonunda bütün mümkün variantları nəzərdən keçirəcək.

Xatırladaq ki, Paris təmsilçisi Messiyə 2+1 illik müqavilə təklif edib.
Geri qayıt